Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadın alveri ilə məşgul olan daha bir mütəşəkkil qrup yaxalanıb. Daxili İşlər Nazirliyindən Trend ə verilən məlumata görə, Bakı şəhər sakinləri Aybəniz Uluzova, Zəbər Cəfərova və Cəmilə Mürsəlova gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə, Türkiyə və Hindistana aparıb cinsi istiamara məruz qoyublar. Hazırda onlar barəsində İdarədə cinayət işi açılıb, istintaq aparılır.