...

Bakı küçələrində retro-maşınların avtoyürüşü keçiriləcək

Hadisə Materials 7 May 2007 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /müx.Trendlife Fatimə Əsgərova/May ayının 9-da Bakı küçələrində 4-cü ənənəvi retro-maşınlardan ibarət avtoyürüşlər keçiriləcək. Maşınlar ümumilli liderimiz Heydər Əliyevin portretləri ilə bəzədiləcək. Tədbir Qələbə gününə, həmçinin Heydər Əliyevin doğum gününə həsr olunacaq. Trendlife-ın verdiyi məlumata görə, avtoyürüşün təşkilatçısı Elşən İsmayılovdur.

"Saat 10:00-da Əzizbəyov heykəlinin yanından başlayan avtoyürüşün iştirakçıları ümumilli liderimiz Heydər Əliyevin məzarına gül qoyub, Hüseyn Cavid küçəsindən Tibilisi prospektinə qədər gedəcəklər. Sonuncu məntəqə isə Biləcəri qəsəbəsində "Retro-avtoklub" dayanacağı olacaq. Orda da yürüşçülər 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının abidələrinə gül qoyacaq, veteranlarla görşəcəklər.

Bayram avtoyürüşçüləri 1955-ci illərə qədər olan retro-maşınlarda olacaqlar. Artıq 15 maşın seçilib. Bu maşınların içində "Pobeda", "ZİL", " Moskviç", həmçinin qədim modelli BMV olacaq.

Xəbər lenti

Xəbər lenti