...

Ağdam rayon sakinləri etiraz aksiyası keçirir

Hadisə Materials 24 May 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Ağdam / Trend müxbir S.Cəliloqlu/ Ağdam rayonunun Mağrılı kəndinin 100-ə yaxın sakini elektrik enerjisinin fasilələrlə verilməsi ilə bağlı rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirir.

Aksiya iştirakçılarının sözlərinə görə, artıq bir aya yaxındır ki, gün ərzində onlara cəmi beş-altı saat elektrik enejisi verilir. Sözügedən kənddə içməli su elektrik mühərrikləri ilə verildiyindən sakinlərin içməli su ilə də bağlı problemləri yaranıb. Məsələ ilə bağlı Ağdam rayon İcra Hakimiyyətindən bildiriblər ki, vətəndaşların tələblərini aidiyyatı nümayəndələrə çatdırıb, problemlərini aradan qaldıracaqlar.

Xəbər lenti

Xəbər lenti