...

Bərdədə baş verən qarşıdurma zamanı bir nəfər yaralanıb

Hadisə Materials 13 Avqust 2007 13:24 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Ötən gün saat 19:30 radələrində Bərdə rayonunda geyim əşyalarının satış yarmarkasında ticarətlə məşğul olan şəxslərlə rayon polis şöbəsinin əməkdaşları arasında qarşıdurma baş verib. Yarmarkadan vətəndaşları köçürmək istəyən polis əməkdaşlarına sakinlər çay daşları və tikintidə istifadə olunan ağac parçaları ilə müqavimət göstəriblər. Nəticədə 10-a yaxın avtomobilin aynaları parça-parça olub, həmin ərazidə sahilbərkitmə işlərində fəhlə qismində çalışan Həsənov Murad isə daş parçasının başına dəyməsi nəticəsində xəsarət alıb. Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıya 3 saata yaxın tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda yaralının vəziyyəti normaldır.

Qeyd edək ki, vətəndaşların ticarətlə məşğul oluduğu ərazi Tərtərçayın sol sahilində yerləşir, burada isə Dövlət Proqramı çərçivəsində sahilbərkitmə işləri aparılır. Həmin ərazidə yeni Mədəniyyət parkının inşa olunması planlaşdırılır. Sakinlər ticarətlə məşğul olduqları həmin ərazidən köçməmək üçün müxtəlif günlərdə iki dəfə aksiya təşkil etsələr də, rayon İcra Hakimiyyəti güc strukturlarından istifadə etməklə yarmarkanın ərazisini dağıdaraq ticarətlə məşğul olan şəxsləri başqa əraziyə köçürtməyə məvəffəq olub.

Xəbər lenti

Xəbər lenti