...

"Neapol" istirahət mərkəzinin qalıqları arasından həlak olan fəhlənin cəsədi çıxarılıb

Hadisə Materials 15 Avqust 2007 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. İ.Əlizadə/ Həlak olan fəhlənin cəsədi Bakıdakı "Neapol" istirahət mərkəzinin qalıqları arasından çıxarılıb.

Hadisə yerində olan Trend in müxbirinin verdiyi məlumata görə, xilasedicilər iki uşaq atası, Zəngilandan olan məcburi köçkün 57 yaşlı Rafiq Məmmədovun cəsədini çıxartmağa müvəffəq olublar.

Binanın qalıqları arasında Sumqayıtdan olan 43 yaşlı Rauf Abdullayev qalır.

Dünən "Neapol" istirahət mərkəzində aparılan tikinti işləri zamanı binanın uçması nəticəsində bir fəhlə yaralanıb və ikisi qalıqlar altında qalıb. Binanın uçmasının səbəbləri hələlik məlum deyil. FHN-dən rəsmi şərhlər almaq hələlik mümkün olmayıb.

Abşeron Prokurorluğunun müstəntiqi Xanlar Qafarovun bildirdiyinə görə, tikinti fərdi şəxs tərəfindən aparılıb. Lakin Qafarov onun adını açıqlamayıb. Cinayət Məcəlləsinin 222.2 maddəsi (tikinti, dağ və digər işlərin aparılması qaydalarına riayət olunmaması nəticəsində diqqətsizlik ucbatından zərərçəkənin ölümünə və yaxud ağır nəticələrə gətirib çıxarılması ) ilə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti