Bakı şəhərinin Nərimanov prospekti ərazisində (keçmiş Sovetski) bina uçub. Binanın altında insanların olması güman olunur..
Təsdiq olunmayan məlumata görə, Azərbaycan Dövlət Statistika Komitəsi ərazisində tikilən binanı üzərinə qaldırıcı kran düşüb.
Trend in müxbirinin hadisə yerindən verdiyi məlumata görə, qaldırıcı kranın uçması nəticəsində Məmməd Naxçivani küçəsi 25 ünvanında tikilməkdə olan 16 mərtəbəli bina tamamilə uçub. Yanğın baş verməyib. Dağıntılar altında işçilər ola bilər.
Azərbaycan baş nazirin müavini Abid Şərifov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədirlər.
Bizim xəbərləri izləməkdə davam edin