...

Moskvada iki azərbaycanlı öldürülüb

Hadisə Materials 30 Avqust 2007 12:50 (UTC +04:00)
Moskvada iki azərbaycanlı öldürülüb

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bu gün gecə saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində iki nəfər azərbaycanlıya atəş açılaraq öldürülüb. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının rəhbəri İlqar Hacıyev məlumat verib.

Rusiyanın informasiya agentliklərinin yaydığı məlumata görə, gecə saat 2.00 radələrində Moskvanın Kosınskaya küçəsi 20 ünvanında naməlum şəxslər "VAZ 21-06" markalı maşında olan iki nəfərə atəş açaraq öldürüb və qaçıb gizləniblər.

Hacıyevin bildirdiyinə görə, həmin şəxslərin milliyyətcə azərbaycanlı olduğu artıq müəyyənləşib. Onlar-43 yaşlı Səfər Yusifov və 41 yaşlı Şöhrət Sarıyevdir. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır. Hadisə yerindən "AKS" markalı avtamatın və "TT" markalı tapançanın gilizləri tapılıb.

Hadisənin səbəbləri və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Şahidlərin sözlərinə görə atəş açan qara maskada bir şəxs olub.

Hacıyev bildirib ki, öldürülən azərbaycanlılar Moskvanın məşhur Çerkizov bazarında işləyirmiş. Mərhumların kirayə yaşadığı ev də bazarın yaxınlığındadır.

Hacıyev onu da deyib ki, dünən Moskvada daha bir azərbaycanlının meyidi tapılıb. Həmin şəxsin cəsədi Moskvanın Pakrov bazarı yaxınlığında tapılıb. Onun qətlə yetirilməsi, yaxud özünün vəfat etməsini müəyyənləşdirmək üçün meyid ekspertizaya aparılıb.

Xəbər lenti

Xəbər lenti