Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində elektrovoz dəmiryol xəttini keçərkən piyadanı vurub. Trend in bölgə müxbirinin məlumatına görə, Gəncə dəmiryolu stansiyasının 182-ci klometrliyində 1196 saylı elektorovozla Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Ağalar Namazov vurulub.
Gəncə şəhər Nəqliyyatda Polis İdarəsindən verilən məlumata görə, hadisə Namazovun sərxoş halda yolu keçməsi zamanı baş verib. Xəsarət alan xəstəxanaya yerləşdirilsə də , onun həyatını xilas etmək mümkün olmayıb.
İdarədən bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb və araşdırmalar aparılır.
Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.