...

Gürcüstanda altıayaqlı hermofrodit quzu doğulub

Maraqlı Materials 26 Yanvar 2012 10:59 (UTC +04:00)
Gürcüstanın Qurcaan rayonunun Velissixe kəndində (Şərqi Gürcüstan, Kaxeti rayonu) ikicinsli altıayaqlı quzu dünyaya gəlib.
Gürcüstanda altıayaqlı hermofrodit quzu doğulub

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Gürcüstanın Qurcaan rayonunun Velissixe kəndində (Şərqi Gürcüstan, Kaxeti rayonu) ikicinsli altıayaqlı quzu dünyaya gəlib. Trend-in məlumatına görə, bu barədə "Novosti-Qruziya" agentliyi Kaxeti İnformasiya Mərkəzinə istinadən xəbər verir.

Yerli çoban Albert Abacanov 25 illik təcrübəsində bunun ilk hadisə olduğunu qeyd edib. "Mən başqa çobanlardan da buna oxşar hadisə barədə soruşdum, lakin heç kim beləsini eşitməyib. Üçayaqlı, yaxud bir gözlü, dördbuynuzlu quzular doğulub. Lakin bu, ilk hadisədir. Quzu eyni zamanda həm erkək, həm də dişidir. O çətinliklə gəzir, lakin özünü yaxşı hiss edir", - Abacanov bildirib.

Öz növbəsində, yerli baytar Avto Zardiaşvili qeyd edib ki, altıayaqlı ikicinsli quzunun doğulması anomaliyadır. "Yəqin ki, əkiz quzular doğulmalı imiş, lakin rüşeymlərin birləşməsi səbəbindən belə quzu doğulub", - baytar hesab edir.

Xəbər lenti

Xəbər lenti