...

Avstraliya tarixində ən iri çəhrayı almaz tapılıb

Maraqlı Materials 22 Fevral 2012 10:41 (UTC +04:00)
Avstraliyanın "Rio Tinto" dağ-mədən şirkəti çəhrayı almaz tapıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü France-Presse agentliyi xəbər verib.
Avstraliya tarixində ən iri çəhrayı almaz tapılıb

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir X.Murtuzayeva/

Avstraliyanın "Rio Tinto" dağ-mədən şirkəti çəhrayı almaz tapıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü France-Presse agentliyi xəbər verib.

"Rio Tinto" şirkətinin nümayəndələri bildirirlər ki, nadir daş Kimberli dairəsindəki Arqayl almaz mədənində tapılıb və ona "Argyle Pink Jubilee" adı verilib. Qeyd edək ki, dünyada hasil olunan çəhrəyı almazların 90 faizə yaxını Arqayl mədəninin payına düşür.

Qiymətli daşın çəkisi 12,76 karatdır. Beləliklə də o Avstraliya ərazisində indiyədək aşkar edilən ən iri almazdır.

Ən azı 10 gün vaxt aparacaq cilalanmadan sonra ekspertlər daşa qiymət qoyacaqlar. Bundan sonra isə şirkət çəhrayı almazı beynəlxalq turneyə göndərməyi və 2012-ci ilin sonunda isə daşı qapalı hərracda satmağı planlaşdırır.

Şirkət hələlik "Argyle Pink Jubilee"yə hətta təxmini qiymət qoymaqda belə çətinlik çəkir və bu cür daşların yalnız muzey kolleksiyalarında saxlandığını, yaxud kral ailələrinə məxsus olduğunu qeyd edir.

Xatırladaq ki, rənginə görə "Argyle Pink Jubilee"yə oxşayan və 1947-ci ildə Tanzaniyada tapılan 24 karatlıq "Williamson Pink" almazı Böyük Britaniyanını gələcək kraliçası II Yelizavetaya toyunda hədiyyə edilmişdi.

Xəbər lenti

Xəbər lenti