...

Amerikanı ibtidai insanlar kəşf ediblər?

Maraqlı Materials 28 Fevral 2012 20:11 (UTC +04:00)
Amerikalı alimlər aparılan son arxeoloji tədqiqatlar işığında tarixi dəyişdirə biləcək bir kəşfə imza atıblar.
Amerikanı ibtidai insanlar kəşf ediblər?

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Amerikalı alimlər aparılan son arxeoloji tədqiqatlar işığında tarixi dəyişdirə biləcək bir kəşfə imza atıblar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyə KİV xəbər verir.

Elm adamları Amerikanın şərq sahillərindəki altı məntəqədə onlarla daş əmək alətləri tapdıqlarını açıqlayıblar. Alətlər üzərində aparılan araşdırmalar bu alətlərin yaşının 19 minlə 26 min il arasında olduğunu göstərib. Ən maraqlısı isə onların Avropadakı alətlərlə demək olar ki, tamamilə eyni olmasıdır.

"The Independent" qəzetinin verdiyi xəbərə görə, avropalı ovçuların yerli amerikalılardan 10 min, Kolumbdan isə tam 20 min il əvvəl Amerika qitəsini kəşf edərək burada yaşadıqları ortaya çıxıb. Eyni zamanda, qəzet bu alətlərin kəşfinin bir neçə onilliklər ərzindəki arxeoloji kəşflər arasında ən önəmlilərdən biri olduğu bildirir.

Qeyd edək ki, insan əli ilə hazırlanan əşyalar bundan əvvəl də tapılmışdı. Lakin onların yaşı cəmi 15 min il əvvələ gedib çıxırdı. İndi kəşf edilən alətlər isə həmin dövrdə Avropada istifadə olunan alətlərlə demək olar ki, tamamilə eynidir.

Tədqiqatçılar Qərbi Avropadan yola çıxan daş dövrü adamlarının Atlantik okeanındakı buzların üzəri ilə haradasa 2 500 kilometrlik məsafə qət edərək Şimali Amerikaya çatdıqları iddiasını irəli sürürlər. Onların fikrincə, buz dövrünün ən pik çağında Şimali Atlantikanın böyük hissəsi demək olar ki, ilin bütün dövrlərində buz altında qalırdı. Buz təbəqəsinin içərisində isə ovçuların zəngin qida mənbələri aşkar etdikləri bildirilir. Ancaq bu son kəşf edilənə kimi bu iddianı dəstəkləyəcək sübutların sayı çox az idi.

İndi isə ABŞ-ın Ekseter Universitetinin professorları Dennis Standord və Bruc Bredli bu ay çap olunacaq kitablarında bu nəzəriyyəni və dəlillərini əsaslandıracaqlar. Bildirilir ki, son kəşfin ardından tədqiqatçılar Tennesi, Merilend, hətta Texas ştatlarında da bir çox kəşflərin olacağına ümid edirlər.

Xəbər lenti

Xəbər lenti