...

Diş fırçalamaq ürəyi qoruyur

Maraqlı Materials 14 Aprel 2012 11:29 (UTC +04:00)
Alimlər qanayan diş ətləri vasitəsilə qan-damar sisteminə daxil olan bakteriyalardan xilas olmaq üçün dişlərin gün ərzində iki dəfə fırçalanmasının böyük önəm daşıdığını vurgulayırlar. Trend Türkiyənin “Milliyyət” qəzetinə istinadən yazır.
Diş fırçalamaq ürəyi qoruyur

Azərbaycan, Bakı, 14 aprel / Trend, müxbir X.Murtuzateva/

Alimlər qanayan diş ətləri vasitəsilə qan-damar sisteminə daxil olan bakteriyalardan xilas olmaq üçün dişlərin gün ərzində iki dəfə fırçalanmasının böyük önəm daşıdığını vurgulayırlar. Trend Türkiyənin "Milliyyət" qəzetinə istinadən yazır.

Elm adamlarına görə dişləri ardıcıl fırçalamamaq ölümcül ürək xəstəliklərinin baş qaldırmasına səbəb olur.

Ağızda çoxalan bakteriyalar dişlər fırçalanmadıqda qanayan diş ətləri vasitəsilıə qana keçərək nadir hallarda rast gəlinən, lakin çox zaman ölümlə nəticələnən yoluxucu endokardit xəstəliyinə səbəb ola bilər.

Qan dövranına daxil ola bilən "streptococcus gordonii" adlanan bakteriya qanın laxtalanmasına səbəb olur. Bu laxtaların içində yerləşən bakteriya hətta immun sistemindən və antibiotilərdən də qoruna bilir. Əgər bu qan laxtası ürək qapaqlarına gedib çatarsa, xəstəlik oraya nüfuz edir və bir çox hallarda ölümlə nəticələnir.

Bristol Universitetinin alimləri bu qan laxtalarından müdafiə olunmaq üçün yeni dərmanlar tapmağa çalışırlar. Bu arada isə yerinə yetirilməli olan ən vacib iş dişləri müntəzəm olaraq fırçalamaq hesab edilir.

Xəbər lenti

Xəbər lenti