...

Çay qadınların hamilə qalma imkanını artırır

Maraqlı Materials 14 May 2012 15:43 (UTC +04:00)
ABŞ-ın Boston Universitetinin 3 600 danimarkalı qadın üzərində apardığı elmi araşdırma gün ərzində iki və ya üç fincan və əsasən qara çay içənlərin içməyənlərə nisbətən daha tez hamilə qalma şansını aşkara çıxarıb.
Çay qadınların hamilə qalma imkanını artırır

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-ın Boston Universitetinin 3 600 danimarkalı qadın üzərində apardığı elmi araşdırma gün ərzində iki və ya üç fincan və əsasən qara çay içənlərin içməyənlərə nisbətən daha tez hamilə qalma şansını aşkara çıxarıb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Tədqiqatın müəllifi professor Yelizabet Hatç bunu çaydakı tein maddəsi ilə əlaqələndirir. "Çayda ayrıca olaraq bir çox antioksidantlar mövcuddur. Bunların da sonsuzluğun qarşısını aldığı məlumdur", - o deyib.

Eyni zamanda, Boston Universitetində hamiləliklə bağlı aparılan çoxtərəfli araşdırmalar zamanı qəhvənin heç bir müsbət təsiri olmadığı, ancaq şəkərli və qazlı içkilərin hamiləliyi iyirmi faiz əngəllədiyi məlum olub.

Xəbər lenti

Xəbər lenti