...

Maykl Ceksonun pələngi ölüb

Maraqlı Materials 29 İyun 2012 10:59 (UTC +04:00)
Məşhur müğənni Maykl Ceksonun Triller ləqəbli pələngi ömrünün 13-cü ilində bədxassəli şişdən ölüb.
Maykl Ceksonun pələngi ölüb

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir X.Murtuzayeva/

Məşhur müğənni Maykl Ceksonun Triller ləqəbli pələngi ömrünün 13-cü ilində bədxassəli şişdən ölüb. Bu dişi pələng 8 il pop-kralın Neverland malikanəsində yaşayıb. Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.

1998-ci il noyabrın 20-də doğulan Triller və onun qardaşı Sabu 2006-cı ilin mayınadək Maykl Ceksonla birlikdə yaşayıblar. Onun vəfatından sonra isə heyvanları "Şambala" qoruğuna təhvil veriblər. Müğənninin başqa ekzotik "dostları" olan zürafə, flaminqo, oranqutanlar, fillər və onlarla ilan ölkənin başqa qoruqlarına göndərilib.

Qeyd edək ki, Triller ömrünün son illərində ağciyər xərçəngindən əziyyət çəkib. Heyvanın cəsədi yandırılıb və külü qoruğun ərazisindəki qəbirsanlıqda basdırılıb.

Xəbər lenti

Xəbər lenti