...

Kaliforniyalı 12 dəqiqəyə 191 toyuq qanadı yeyərək yeni dünya rekorduna imza atıb

Maraqlı Materials 3 Sentyabr 2012 10:38 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının sakini Coi Çestnat bazar günü 12 dəqiqə ərzində 191 toyuq qanadı yeyərək yeni dünya rekordunu müəyyən edib.
Kaliforniyalı 12 dəqiqəyə 191 toyuq qanadı yeyərək yeni dünya rekorduna imza atıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-ın Kaliforniya ştatının sakini Coi Çestnat bazar günü 12 dəqiqə ərzində 191 toyuq qanadı yeyərək yeni dünya rekordunu müəyyən edib. Bu, Baffalo şəhərində keçirilən "National Buffalo Wing Festival"da baş verib. Bu barədə Trend RİA Novosti-yə istinadən yazır.

Bununla da Çestnat 2011-ci ildə "Qara dul" ləqəbli Sonya Tomasın 183 qanad yeməklə müəyyən etdiyi rekordu yeniləyib.

Bir müddət əvvəl 28 yaşlı "Çənə" ləqəbli Çestnat öz "karyera"sında altıncı dəfə hot-doq yemək üzrə yarışda qalib gəlib. O, 10 dəqiqəyə 68 sosis yeyib. Hazırda Çestnat Sürətlə Qidalanma üzrə Beynəlxalq Federasiyanın reytinqində birinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti