...

Cəmi bir əməliyyat bir neçə il cavanlaşmağa kömək edəcək

Maraqlı Materials 19 Sentyabr 2012 10:57 (UTC +04:00)
Plastik cərrahlar bir güllə ilə iki dovşan vurmağa imkan verən metodika işləyib hazırlayırlar.
Cəmi bir əməliyyat bir neçə il cavanlaşmağa kömək edəcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Plastik cərrahlar bir güllə ilə iki dovşan vurmağa imkan verən metodika işləyib hazırlayırlar. Belə ki, cəmi bir əməliyyatla həm gözlər altında əmələ gələn "kisələr"i, həm də yanaqlara dolğunluğu qaytarmaq mümkün olacaq. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV Britaniyanın "Teleqraf" qəzetinə istinadən xəbər verir.

Əməliyyatın ideyası ondan ibarətdir ki, gözlərin altından piyin yeri dəyişdirilərək yaş ötdükcə həcmi azalan almacıq sümüklərinin yuxarı hissəsinə yerləşdirilir. Adətən belə effektə implantat qoyulması və ya süni fillerdən istifadə etməklə nail olmaq mümkündür.

Cərrahların sözlərinə görə, üzləri həddindən artıq yastılanmış vəziyyətdə olduqlarına görə təxminən pasiyentlərin hər on nəfərindən biri üzərində göz qapaqlarının plastik əməliyyatını aparmaq olmaz. Yeni texnologiya isə bu problemi həll edir. Əməliyyat təxminən iki saat davam edir.

Pasiyentin öz bioloji materialının tətbiq edildiyi belə əməliyyat fəsadların baş verməsi ehtimalını azaldır, gözlərin altında daha az kəsiyə imkan verir. Metodikanın özü isə çox yastı almacıq sümüklərinə malik olan pasiyentlərə kömək edir. Onu da qeyd etmək lazımdır ki, son üç il ərzində bu metodika 30 pasiyent üzərində uğurla sınaqdan keçirilib.

Xəbər lenti

Xəbər lenti