...

Ən qanqaraldıcı elmi kəşflər açıqlanıb

Maraqlı Materials 4 Oktyabr 2012 17:40 (UTC +04:00)
Alimlər müəyyən ediblər ki, son illər insanları depressiyaya salan bəzi kəşflər edilib. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.
Ən qanqaraldıcı elmi kəşflər açıqlanıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Alimlər müəyyən ediblər ki, son illər insanları depressiyaya salan bəzi kəşflər edilib. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.

Belə ki, elmi kəşflər bizə ilham verir və ya şoka salır, bəzən bizi onların cəfəngliyinə gülməyə də məcbur edir. Məsələn, qaranlıqda işıqlanan elektron uşaq əskiləri və ya gecənin qaranlığında iPhone-la işləməyin piylənməyə təsiri, əlbəttə, dramatik hadisələrdir. Ancaq bəzi tədqiqatlar bizi depressiyaya düşməyə də məcbur edə bilər. Bunu "Ən qəmgin elmi kəşflər"in "Top 10"-nu tərtib etmiş "Live Science" portalının əməkdaşları güman edirlər.

Onlar birinci yerə kaliforniyalı bioloqların istənilən halda çarpayını ev heyvanları ilə paylaşmağı qadağan edən kəşfini çıxarıblar. Əgər dinc pişik balasını çarpayıya buraxsanız, sizin stafilakoka, meningitə, askaridə və ya hansısa parazitə yoluxmaq ehtimalınız son dərəcə böyükdür. Heyvanları öpmək qətiyyən olmaz. Bunun da nəticəsi dəhşətli ola bilər.

Növbəti bəd xəbər bir fincan çayla peçenye yemək həvəskarlarına ünvanlanıb. ABŞ alimləri belə qənaətə gəliblər ki, peçenyenin hazırlanmasında istifadə olunan yumurtalar tez-tez salmonelyoza yoluxdurulmuş olurlar və peçenye xəmirinin özü isə faktiki olaraq çiydir. Amerikanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzində peçenyedə yalnız unun insan üçün təhlükəsiz olduğunu hesab edirlər.

Əgər siz bütün bunlara baxmayaraq, çoxlu peçenye yeməkdən özünüzü saxlaya bilmirsinizsə, mütəxəssilərin əlində qanınızı qaraltmaq üçün növbəti dəlil var: hətta ən ciddi fiziki yüklənmə və təmrinlər artıq çəkini atmağa kömək etmir. İdman zallarında vaxt keçirməklə siz yalnız əzələlərinizi inkişaf etdirirsiniz. Belə ki, sürətlə və səmərəli arıqlama yalnız çox yeməkdən əl çəkməklə mümkündür.

Qanqaraldıcı kəşflərin siyahısına düşənlər arasında süd vəzisi xərçənginə, yuxu pozulması və depressiyaya gətirib çıxaran bütün gecəni televizorun arxasında oturmaq və mobil telefonla danışmaq; vərdişə və genetik mutasiyalara səbəb olan qaralma və uşaqların təhsil almasını və onları əhatə edən dünyadan yeni informasiyanı qəbul etmək qabiliyyətini təhlükə altına qoyan "Süngər Bob - kvadrat şalvarlar" məşhur çoxseriyalı cizgi filmi də var.

Bundan başqa, sübut edilib ki, nəhəng sayda mikrobları mübadilə edə biləcəkləri səbəbindən iki adamın eyni tikəni birlikdə dişləməsi də qadağandır.

Xəbər lenti

Xəbər lenti