...

Diabet xəstələri üçün süni mədəaltı vəzin tətbiqinə çox az vaxt qalır

Maraqlı Materials 14 Noyabr 2012 11:17 (UTC +04:00)
Avstraliya alimləri diabet xəstələri üçün süni mədəaltı vəzin tam əldə olunmasına çox yaxınlaşıblar. Onlar orqanın işini təqlid edən proqramın və cihazın prototipini testdən keçiriblər.
Diabet xəstələri üçün süni mədəaltı vəzin tətbiqinə çox az vaxt qalır

Azərbaycan, Bakı, 14 noyabr / Trend, müxbir X.Murtuzayeva/

Avstraliya alimləri diabet xəstələri üçün süni mədəaltı vəzin tam əldə olunmasına çox yaxınlaşıblar. Onlar orqanın işini təqlid edən proqramın və cihazın prototipini testdən keçiriblər. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Avstraliya mətbuatına istinadən xəbər verir.

Alimlərin sözlərinə görə, bu proqramla çalışan cihaz insanın qanında şəkərin səviyyəsini ölçməklə məşğul olacaq. "Alınmış məlumatlara cavab olaraq cihaz normal mədəaltı vəzin etdiyi kimi insulin dozasını ifraz edəcək". Proqram pasiyentlər üçün lazım olan dozanı hesablayır. Nəticədə şəkərin arzu olunan səviyyəsini qanda 90 faiz normada saxlamaq mümkün olur. Adi halda xəstə buna yalnız 60 faiz nail olmağa müvəffəq olur.

Əgər sınaqların son mərhələləri normal keçərsə, həkimlərin arsenalına diabet problemini həll edən qapalı sistem də daxil olacaq. Belə ki, monitorinqlə və insulinin tətbiqi ilə tək bir cihaz məşğul olur.

Qeyd edək ki, layihəni Yuvenal Diabet Tədqiqat Fondu maliyyələşdirir. Proqramın özü isə "Neyromatriks" adını alıb. Alimlər bu ixtiranın 2016-cı ildə bazara çıxacağına ümid edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti