...

Ən təhlükəli asteroid Yerə yaxınlaşır

Maraqlı Materials 9 Yanvar 2013 16:15 (UTC +04:00)
Mütəxəssislər tərəfindən Yer kürəsi üçün nisbətən daha təhlükəli hesab edilən Apofis asteroidi bu gün planetimizin yanından (14,46 milyon kilometrlik məsafə) ötüb keçir.
Ən təhlükəli asteroid Yerə yaxınlaşır

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Mütəxəssislər tərəfindən Yer kürəsi üçün nisbətən daha təhlükəli hesab edilən Apofis asteroidi bu gün planetimizin yanından (14,46 milyon kilometrlik məsafə) ötüb keçir.

Trend-in məlumatına görə, bu 300 metrlik kiçik qara nöqtə şəklində göy cisminə yalnız teleskopla baxmaq mümkündür. Asteroidin Yer kürəsinə yaxınlaşmasını "Slooh Space Camera" qeydə alacaq və onun yerdəyişməsini Slooh.com saytında tamamilə ödənişsiz müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, Apofis planetimizi potensial olaraq təhdid edən göy cisimlərinin siyahısına daxildir. Bu siyahıya Yerə 7,5 milyon kilometr məsafəyədək yaxınlaşan 100 metrdən artıq ölçüdə bütün göy cisimləri daxildir.

Ekspertlərin hesablamalarına görə, 2029-cu ilin aprelində bu asteroid Yer kürəsinin cəmi 36 min kilometrliyindən keçəcək ki, bu da praktiki olaraq geostasionar peyklərin orbiti yüksəkliyindədir. Hazırda alimləri həmin vaxt bu nəhəng göy cisminin planetimizin yaxınlığında öz orbitini dəyişə biləcəyi narahat edir. Belə olan halda Apofis 2036-cı ildə Yerə növbəti dəfə yaxınlaşarkən onunla toqquşa bilər.

"Bu, Yer kürəsi üçün həqiqətən təhlükəlidir. Çünki əgər asteroid Yerin səthinə düşərsə, onun düşməsindən yaranacaq enerji minlərlə atom bombasının enerjisinə bərabər olacaq, atmosferə isə külli miqdarda kül qalxacaq", - MDU-nun Dövlət Astronomiya İnstitutunun laboratoriya müdiri Mixail Proxorov bildirib.

Xatırladaq ki, asteroid Qədim Misirdə yeraltı dünyanın tanrısının adını daşıyır. Xəbər verildiyi kimi, 2020-ci ilədək rusiyalı alimlər Apofisə avtomatik tədqiqat stansiyası göndərməyi, onda süni radio-mayak peykinin quraşdırılmasını planlaşdırırlar. Alimlərin fikrincə, bu, asteroidin hərəkət trayektoriyasını və onun Yer kürəsi ilə toqquşma ehtimalının nə qədər böyük olduğunu daha dəqiq müəyyən etməyə imkan verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti