...

Yataq otağında qaya parçasının altında qaldı

Maraqlı Materials 21 Yanvar 2013 14:03 (UTC +04:00)
ABŞ-da 63 yaşlı Vanda Denhalter adlı qadın yatdığı zaman dəhşətli gurultu səsinə oyanır.
Yataq otağında qaya parçasının altında qaldı

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

ABŞ-da 63 yaşlı Vanda Denhalter adlı qadın yatdığı zaman dəhşətli gurultu səsinə oyanır. O, yataq otağında nəhəng qaya parçasını görərkən çox heyrətlənir. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Hadisə ölkənin Corciya ştatında baş verib. Belə ki, evdə tək olan qadın həyatının ən qorxunc anlarını yaşayıb. Hadisəyə səbəb ərazidə yerləşən dağdan qaya parçasının qoparaq qadının yataq otağının divarını dağıtması olub. Xoşbəxtlikdən Vanqa bu qorxunc hadisədən yüngül xəsarətlərlə canını qurtara bilib.

Üzündən və ayağından yaralanan qadın xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti