...

Qız qülləsi satışa çıxarılıb

Maraqlı Materials 25 İyul 2013 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A.Tağıyeva/

İstanbulun tarixi yerlərindən biri olan məşhur Qız qülləsi satışa çıxarılıb.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, qülləni 49 il müddətinə icarəyə götürmüş "Hamoğlu Holding" şirkəti elan edib ki, Qız qülləsi 22 milyon avroya satışa çıxarılır.

Qüllə 2500 illik tarixə malikdir.

Daha əvvəl ərəb şirkəti qülləyə maraq göstərsə də, tərəflər razılığa gələ bilməyiblər. Çünki şirkət qülləni öz ofisi kimi istifadə etmək niyyətində olub, bu isə Türkiyə qanunvericiliyinə əsasən qəbuledilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti