...

Küveytdə qeyri-adi sevgi etirafı yollarda tıxac yaradıb

Maraqlı Materials 10 Fevral 2014 11:21 (UTC +04:00)
Küveyt paytaxtının sakini qarşıdan gələn Sevgililər Gününü və sevdiyi qızın ad gününü qeyri-adi şəkildə qeyd etmək qərarına gəlib.
Küveytdə qeyri-adi sevgi etirafı yollarda tıxac yaradıb

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Küveyt paytaxtının sakini qarşıdan gələn Sevgililər Gününü və sevdiyi qızın ad gününü qeyri-adi şəkildə qeyd etmək qərarına gəlib. Bunun üçün o, şəhərin əsas piyada körpüsündə canlı güllərdən urək formasında buket quraşdırıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Küveytin "Əl-Baraka" telekanalına istinadən xəbər yayıb.

Mərkəzdə üzərində romantik yazı olan al-qırmızı qızılgüllərdən hazırlanmış qırmızı ürək hər gün şəhərin körpünün altındakı əsas avtomagistralından keçən təkcə bir qızın diqqətini cəlb etməlidir.

Ancaq bu sevgi etirafı hərəkətin sıx olduğu yolda tıxaclara gətirib çıxarıb. Çünki hədiyyənin yanından keçən sürücülər aşiqin cəsarətli hədiyyəsinə sadəcə olaraq baxmağı deyil, həm də onun şəklini çəkməyi özlərinə borc bilirlər.

İndi "körpüdə ürək" şəkilləri Küveytdə sosial şəbəkələrdə rekord qırır. Küveytin yol polisi isə paytaxt avtomobillərinin hərəkətini pozmuş bu azömürlü "etiraf"ın nə vaxt solacağını və körpüdən yox olacağını səbirsizliklə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti