...

Çirkab sularından pivə hazırlanacaq

Maraqlı Materials 29 Yanvar 2015 20:01 (UTC +04:00)
ABŞ-ın "Clean Water Services" şirkəti çirkab sularından pivə hazırlayacağını bəyan edib.
Çirkab sularından pivə hazırlanacaq

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ-ın "Clean Water Services" şirkəti çirkab sularından pivə hazırlayacağını bəyan edib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, şirkət çirkab sularının təmizlənməsi üzrə ixtisaslaşıb.

Yeni məhsulun istehsalı üçün üçmərhələli təmizlik sistemindən keçərək emal edilmiş kanalizasiya sularından istifadə olunacaq. Alınmış təmiz su "Oregon Brew Crew" pivə şirkətinə təhvil veriləcək.

Qeyd edək ki, ABŞ qanunvericiliyi təmizlənmiş çirkab sularından yalnız suvarma və sənaye məqsədləri üçün istifadə etməyə icazə verir.

Səhiyyə Departamenti yeni məhsulu bəyəndikdən sonra pivə satışa çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti