...

Özünü partladan kitab

Maraqlı Materials 11 Fevral 2015 17:18 (UTC +04:00)
Dünyanın ən çox qazanan yazıçılarından biri olan Ceyms Patterson qeyri-adi addım atıb.
Özünü partladan kitab

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Dünyanın ən çox qazanan yazıçılarından biri olan Ceyms Patterson qeyri-adi addım atıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, Aleks Kross haqqında romanla məşhurlaşmış amerikalı yazıçı "Private Vegas" trillerini yazmaqla kitaba özünü məhvetmə mexanizmi yerləşdirib.

Kitabı oxumaq üçün 24 saat vaxt tələb olunur. Bundan sonra o, partlayacaq. Belə ki, kitab rəqəmsaldır. Onu pulsuz yükləmək mümkündür. İlk səhifəni oxuduqdan sonra kitabın yuxarı hissəsində geriyə vaxt işə salınır.

24 saatdan sonra kitab partlayır. Kitabın kağız variantını da almaq olar. Lakin belə kitabın qiyməti 294 min dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti