...

Baş nazir danışarkən spiker "Candy Crush" oynadı

Maraqlı Materials 25 Fevral 2015 21:30 (UTC +04:00)
İspaniya parlamentində Baş nazir Mariano Raxoy çıxış edən vaxt spikerlik edən xanım Selia Vilyalobos tabletdə “Candy Crush” oynayarkən görüntülənib.
Baş nazir danışarkən spiker "Candy Crush" oynadı

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Məftun Salmanov/

İspaniya parlamentində Baş nazir Mariano Raxoy çıxış edən vaxt spikerlik edən xanım Selia Vilyalobos tabletdə "Candy Crush" oynayarkən görüntülənib.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, parlamentin iclası ilin ən önəmli çıxışı kimi qəbul edilən "Milli Dövlət Debatları"na həsr olunmuşdu.

Bu debatlar çərçivəsində Baş nazirin iqtisadi islahatlarla bağlı çıxışını dinləməkdənsə, spikeri əvəz etmiş S.Vilyalobosun oyun oynaması mobil telefonla çəkilib.

Xanım siyasətçi M.Raxoyun lideri olduğu Xalq Partiyasının ən önəmli simalarından biridir.

Qeyd edək ki. "Milli Dövlət Debatları" ildə bir dəfə keçirilir və bunu televiziya vasitəsilə milyonlarla insan izləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti