...

Tovuz sakinindən nümunəvi davranış (FOTO)

Maraqlı Materials 6 Aprel 2015 17:23 (UTC +04:00)
Qarabağ veteranı olan Y.Əliyev öz avtomobilinə yükləyib gətirdiyi bu materialla Öysüzlü kəndindən Tovuz xəstəxanasına qədər olan ərazini tam düzəldəcəyini bildirir.
Tovuz sakinindən nümunəvi davranış (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Tovuz sakini digərlərinə örnək ola biləcək işlə məşğuldur. O, rayonun çala-çuxur yollarını öz hesabına düzəltməklə avtomobillərin rahat hərəkətini təmin edir.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzun Yuxarı Öysüzlü kənd sakini Yaşar Əliyev yaşadığı kənddən yığdığı xırı asfalt yolda dağılan, böyük çalalar yaranan hissələrə tökməklə gediş-gəlişi asanlaşdırır. Y.Əliyevin sözlərinə görə, yolların çala-çuxur olması avtomobillərin tez sıradan çıxmasına səbəb olur ki, o da bunu nəzərə alaraq bu xeyirxah işi görür.

Yollardan istifadə edən sürücülər də kənd sakininin bu işini alqışlayır. Bu halın baş verə biləcək qəzaların da qarşısını aldığını deyirlər.

Qarabağ veteranı olan Y.Əliyev öz avtomobilinə yükləyib gətirdiyi bu materialla Öysüzlü kəndindən Tovuz xəstəxanasına qədər olan ərazini tam düzəldəcəyini bildirir. Tovuz rayonu ilə Yuxarı Öysüzlü və Əlibəyli kəndlərini birləşdirən yol asfaltlansa da, yolda böyük çalalar yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti