Azərbaycan, Bakı, 9 aprel /Trend/
Böyük Britaniyanın XIX əsrdə yaşamış kraliçası Viktoriyanın 10 yaşında yazdığı kitab ilk dəfə olaraq bu ilin iyununda nəşr olunacaq.
Trend-in "The Guardian"a istinadən verdiyi məlumata görə, naşirlər oxucuların bu əsəri oxumaqla o dövrdəki monarxın təxəyyülü ilə yaxından tanış olacağını bildirib.
"Elis Leyzlesin sərgüzəştləri" adlanan bu kitab Vindzor sarayının arxivində aşkarlanıb. Əsərin qəhrəmanı atasının təkrar evlənməsindən sonra pansiona göndərilən 12 yaşlı qızdır. Bundan əvvəl kraliça Viktoriyanın gündəliyindən fraqmentlər çap olunmuş, ən çox satılan kitablar arasında yer almışdı. Yeni kitabın nəşri ilə Krallıq Kolleksiyası Fondu məşğul olur.