...

Qarabağın incisi Qazaxda (FOTO)

Maraqlı Materials 21 İyun 2015 22:37 (UTC +04:00)
Xarıbülbül deyəndə ilk olaraq göz önünə Qarabağ, Şuşa gəlir. Gözəlliyi ilə göz oxşayan bitki daha çox bu bölgədə, dağlıq ərazilərdə bitir.
Qarabağın incisi Qazaxda (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Xarıbülbül deyəndə ilk olaraq göz önünə Qarabağ, Şuşa gəlir. Gözəlliyi ilə göz oxşayan bitki daha çox bu bölgədə, dağlıq ərazilərdə bitir.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, lakin Qazax sakinləri bu təbiət incisini elə öz rayonlarında da görə bilir.

Qazax sakini Şaban Abdullayev xarıbülbülü ilk dəfə 38 il öncə Şuşada gördüyünü deyir. İllər sonra 80 yaşlı rayon sakini yaşadığı dağ kəndi Fərəhlidə, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Odun dağı meşəsində Qarabağ incisinin yetişdiyinin şahidi olub.

Ş.Abdullayev deyib: "Əvvəllər Şuşada görmüşdüm, Fərəhlidə gördüyümü deyəndə heç kim mənə inanmadı. Çünki hamı elə bilir ki, yalnız Şuşada bitir. Ancaq bu dağlıq bölgənin iqlimi Şuşanınkına oxşayır. Ona görə də bu bitki Odun dağı meşəsində də bitib".

Xarıbülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb.

Xarıbülbülün digər adı Qafqaz qaş səhləbidir. Toxum və vegetativ yolla çoxalan bitkinin 50-dən çox növü var ki, onun da əksəriyyəti ölkəmizdə yetişir.

Xarıbülbül nadir bitki kimi Qırmızı kitaba salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti