Azərbaycan, Bakı, 7 avqust /Trend/
50 yaşlı qol güləşçisi Ceff Deybin əlinin çevrəsi 49 santimetrdir. Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, "sümükqıran" ləqəbli C.Deyb həm də bodibildinqlə məşğul olur.
Onun o qədər güclü əl və qolları var ki, rəqiblərinin biləyini və qollarını sındıraraq çempion olub. Buna görə də C.Deybə "sümükqıran" deyirlər.
"Sümükqıran" xəstəxanada müxtəlif analizlər verdikdən sonra onun normal insan olduğuna dair qərar verilib.
Bir müddət fasilə verdikdən sonra o, yenidən idmana qayıdıb.