...

Fotobomba: Toy şəkli sosial şəbəkələrin hitinə çevrildi

Maraqlı Materials 18 Avqust 2015 21:15 (UTC +04:00)
Cavanların “ər və arvad” elan edildiyi zaman çəkilən toy şəkli sosial şəbəkələrdə “işıq sürəti ilə” yayılıb.
Fotobomba: Toy şəkli sosial şəbəkələrin hitinə çevrildi

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Cavanların "ər və arvad" elan edildiyi zaman çəkilən toy şəkli sosial şəbəkələrdə "işıq sürəti ilə" yayılıb. Trend-in "Korrespondent.net" saytına istinadən verdiyi məlumata əsasən, bu barədə "The Daily Mail" xəbər yayıb.

Şəkil gəlinlə bəyin ayağının altında huşsuz halda uzanan qonağa görə, sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Bəy Kevin Kennedi Rayan fotonu özünün səhifəsində dərc etdikdən sonra baş verən hadisəni belə izah edib: "Cessi ilə mən ər-arvad elan edilən zaman bacım huşunu itirdi".

Fotoşəkil milyondan çox "layk" toplayıb və şəbəkədə yayılıb.

Daha sonra Kevin insidentlə maraqlananlara toyda bacısının başına gələnlərdən yazıb: "Mərasim 20 dəqiqədən az sürdü. Buna baxmayaraq, o çox həyəcanlanırdı. Buna görə ziyafətdən öncə o heç nə yeməmişdi və dilinə su dəyməmişdi. Hava da isti olduğundan otaq bürkü idi".

Həmçinin o qeyd edib ki, gənc qız bir neçə dəqiqədən sonra özünə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti