...

C vitamini xərçəng hüceyrələrini öldürür

Maraqlı Materials 6 Noyabr 2015 16:10 (UTC +04:00)
C vitamini xərçəng şişlərinin artımını yubandırır.
C vitamini xərçəng hüceyrələrini öldürür

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Alimlərin siçanlar üzərində apardığı eksperimentlər göstərib ki, askorbin turşusu, C vitamini mutasiyalı xərçəng hüceyrələrini öldürür və ümumilikdə xərçəng şişlərinin artımını yubandırır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təqribən 30 il əvvəl C vitamininin xərçəngə qarşı vasitə kimi istifadə edilməsinə maraq artıb.

Bu, Nobel mükafatı laureatı Laynus Polinqin sayəsində mümkün olub.

C vitamininin effekti ondan ibarətdir ki, askorbin turşusu sayəsində şiş ətrafındakı mayedə yaranan hidrogen peroksidi xərçəng hüceyrələrini öldürə bilir. Bununla belə, sağlam hüceyrələr zədələnmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti