...

Almaniya əsgər yığmaq üçün reklama əl atdı

Maraqlı Materials 17 Dekabr 2015 15:46 (UTC +04:00)
Almaniyanın 2011-ci ildə məcburi hərbi xidməti ləğv edərək könüllü xidmətə keçməsi əsgər sayı baxımından problem yaradıb.
Almaniya əsgər yığmaq üçün reklama əl atdı

Bakı. Trend:

Almaniyanın 2011-ci ildə məcburi hərbi xidməti ləğv edərək könüllü xidmətə keçməsi əsgər sayı baxımından problem yaradıb.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Almaniya Müdafiə Nazirliyi hərbi xidmətə görə gözlənilən sayda müraciət olmadığına görə müxtəlif yollar əsgər axtarışına keçib.

Belə ki, Müdafiə Nazirliyi gəncləri hərbi xidmətə çağırmaq üçün reklam kampaniyasına başlayıb. Reklam kampaniyası üçün 10 milyon 600 min avro vəsait ayrılıb.

Kampaniya "Yeddi ayda bütün həyatı öyrənmək istəyirsənmi?" şüarı altında keçiriləcək.

Nazirlik gənclərin 7-23 ay müddətində könüllü əsasda hərbi xidmətdə olmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti