...

Azərbaycanlılar çay içməyə görə dünyada 3-cü yeri tuturlar

Maraqlı Materials 24 May 2016 13:13 (UTC +04:00)
"Euromonitor International" şırkəti dünyada ən çox çay və kofe meyilli ölkələri müəyyənləşdirib.
Azərbaycanlılar çay içməyə görə dünyada 3-cü yeri tuturlar

Bakı. Elçin Hüseynov - Trend:

"Euromonitor International" şırkəti dünyada ən çox çay və kofe meyilli ölkələri müəyyənləşdirib. Bu barədə Trend "Vokrug sveta" jurnalına istinadən xəbər verir.

Dünyada çay içkisini ən çox sevən ölkə Özbəkistan olub. Burada 99,6 % əhali hər gün çay içir. Siyahıda Özbəkistandan sonra Keniya, Azərbaycan, Pakistan, Çin, Misir, Qazaxıstan, Nigeriya və Hindistan gəlir. Böyük Britaniya reytinqin 15-ci yerindədir - bu ölkədə 78,4 % əhalinin çaya sevgisi var.

Kofeni ən çox istifadə edən ölkə isə Qvatemaladır. Burada əhalinin ancaq 0,4 %-i çay içir, digər faiz əhali kofeyə üstünlük verir. Qvatemaladan sonra kofeni sevən ölkələr sırasında Dominikan Respublikası, Braziliya, Kosta-Rika, Yunanıstan, Kolumbiya, Filippin, Danimarka və Venesuela gəlir.

Əhalisinin çaya və kofeyə sevgisinə görə ən balanslaşmış ölkə Avstraliyadır. Burada əhali bərabər səkildə hər iki içkidən yararlanır. ABŞ-da isə kofe sevənlərin sayı çay içənlərdən 3 dəfə çoxdur.

Coğrafi baxımdan isə Asiya dövlətləri daha çox çaya, Şimali və Latın Amerika, Avropa ölkələri isə daha çox kofeyə üstünlük verirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti