...

Finlandiyada Leninin yeni muzeyi açılır

Maraqlı Materials 17 İyun 2016 13:07 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Finlandiyanın Tampere şəhərində Kommunist Partiyasının və SSRİ-nin qurucusu Vladimir Leninin yenilənmiş muzeyi açılacaq.

Bu barədə Trend Finlandiyanın "Yle" telekanalına istinadən xəbər verir.

Bu, Rusiyadan kənarda Leninə həsr edilmiş yeganə sərgi-kompleks olacaq. Muzey V.Leninlə İosif Stalin arasında 1905-ci ildə ilk məxfi toplantı keçirilən zalda təşkil olunub.

Zalın yenidən qurulması işlərinə 1 il vaxt sərf olunub. Yenilənmiş muzeydə V.Leninlə yanaşı, İ.Stalin, Nikita Xruşşov, Mixail Qorbaçov, hətta Vladimir Putinə dair ekspozisiyalar olacaq.

Muzey rəhbərliyi hesab edir ki, sərgi, əsasən, rusiyalı qonaqları cəlb edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti