...

Polşada atılmış tozsorandan yarım milyon avro çıxıb

Maraqlı Materials 24 Avqust 2016 18:12 (UTC +04:00)
Polşanın Kolobjet şəhərindəki zibilxananın işçiləri köhnə tozsoran və müsiqi səsgücləndiricilərində ümumilikdə 500 min avroya yaxın pul aşkar ediblər.
Polşada atılmış tozsorandan yarım milyon avro çıxıb

Bakı. Elçin Hüseynov - Trend:

Polşanın Kolobjet şəhərindəki zibilxananın işçiləri köhnə tozsoran və müsiqi səsgücləndiricilərində  ümumilikdə 500 min avroya yaxın pul aşkar ediblər.

Bu barədə Trend Polşanın "MetroCafe.pl" potalına istinadən xəbər verir.

Portal yazır ki, zibilin emalı zamanı əskinazlar nəqliyyat zolağının üstünə səpələnib. Zibil atanlar pulları yığaraq polisə təqdim ediblər.

Hüquq-mühafizə orqanları isə operativ şəkildə pulların sahibini müəyyənləşdirib. İtmiş əmanətin sahibi də həmin vaxt polisə müraciət edib. O, atılmış tozsoran və səsgücləndiricinin təsvirini və əşyaların tullanma tarixini müraciətində qeyd edib.  Polis isə itmiş əmanəti ona geri qaytarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti