Bakı. Fidan Həsənzadə - Trend:
Türkiyə hökumətinin dəstəyi ilə yeni axtarış sistemi (geliyoo.com) yaradılıb.
Trend-in məlumatına görə, hazırda sınaq mərhələsində saytın hazırlanmasına 5 il ərzində 7-8 milyon lirə xərcləndiyi bildirilir.
Maraqlıdır ki, sayt fəaliyyətə başladıqdan təqribən bir saat sonra bir qrup həvəskar tərəfindən 60 lirəyə başa gələn axtarış sistemi - gidiyoo.org yaradılıb.
Hər iki axtarış sistemi "Google"dan bəhrələnir.