...

Kaspersky, 2020-ci ilin ikinci rübüdə DDoS hücumlarında kəskin artım qeydə alıb

Maraqlı Materials 19 Avqust 2020 15:30 (UTC +04:00)

Bakı. Trend:

Kaspersky-nin məlumatına görə, aprel-iyun aylarında dünyada DDOS hücumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artıb. Hücumların əsas hədəfi təhsil və dövlət qurumları olub; birinciyə edilən hücumların sayı iyunun ikinci yarısında azalıb - bu, məktəb və tələbə tətillərinin başlaması ilə əlaqədar ola bilər.

Kiberhücum aktivliyi 1 aprel (həmin gün 287 hücum qeydə alınıb) və 9 aprel (298 hücum) tarixlərində pik həddə çatıb. 13 və 16 may tarixlərində də hücumların sayı əvvəlki iki rübdəki rekord göstəriciləri üstələyib.

Mütəxəssislər qeyd edirlər ki, belə yüksək dinamika ümumi tendensiyaya ziddir: bir qayda olaraq, DDoS hücumlarının ən böyük həcmi qışda, gərgin iş mövsümdə qeydə alınır, yaz və yayda isə əksinə, azalma müşahidə olunur. Məsələn, 2019-cu ilin II rübündə hücumların sayı 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 39% azalıb, 2018-ci ildə iki rüb arasındakı fərq 34% olub. Bu il isə həmin qayda üçün bir istisna oldu: 2020-ci ilin ikinci rübündə orta hücumların sayı yanvar-mart aylarına nisbətən 30% artıb.

“DDoS hücumlarının artması iqtisadi, sosial səbəblər və 2018-ci ildə bu göstəricinin azalması ilə izah olunur. Bizə, o cümlədən işçilərə tanış olan proseslərin onlayn mühitə köçürülməsi təcavüzkarlar üçün yeni potensial hədəflərin ortaya çıxmasına kömək edib. Hazırda, üçüncü rübün bu baxımdan daha az gərgin olacağını güman etməyə heç bir əsasımız yoxdur," Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

DDoS hücumlarından qorunmaq üçün Kaspersky aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

• korporativ veb saytların və İT resurslarının böyük həcmdə trafiklə işləyə biləcəyindən əmin olun;

Kaspersky DDoS Protection kimi xüsusi bir qoruyucu həll istifadə edin. Bu həll, mürəkkəbliyindən, intensivliyindən və müddətindən asılı olmayaraq hər növ DDoS hücumlarından qorunmanı təmin edir.

2020-ci ilin II rübündə qeydə alınmış DDoS hücumları ilə bağlı tam hesabatı buradan oxuya bilərsiniz: https://securelist.ru/ddos-attacks-in-q2-2020/97701/.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti