...

Parkinson xəstəliyinin sirli səbəbi tapıldı

Maraqlı Materials 2 Aprel 2024 14:53 (UTC +04:00)
Parkinson xəstəliyinin sirli səbəbi tapıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada milyonlarla insan beyin hüceyrələrini tədricən parçalayan Parkinson xəstəliyinə məruz qalır. Parkinson beynin zəifləməsinə səbəb olan xəstəliklər arasında tezliyinə görə Alzheimerdən sonra ikinci yerdədir. Uzun müddətdir ki, alimlər xəstəliyə nəyin səbəb olduğunu anlamağa çalışırlar.

Trend “Knowridge” saytına istinadən xəbər verir ki, Kopenhagen Universitetinin tədqiqatçılar qrupu Parkinson xəstəliyi ilə bağlı maraqlı irəliləyiş əldə edib.

Onlar nüceyrələrimizdəki mitoxondrilərin yaxşı işləməsini təmin edən əsas yolda problem tapıblar. Bu maneə hüceyrələrin zədələnmiş mitoxondriyadan qurtulmasının qarşısını alır. Beləliklə, hüceyrələrdə enerji tükənir və zərərli zülallar yığılmağa başlayır. Nəticədə isə beyin hüceyrələri sıradan çıxır.

Bu kəşfin maraqlı tərəfi odur ki, bizi adətən viruslardan qoruyan immun genlər də sinir hüceyrələrində enerji səviyyələrini balanslı saxlamaq üçün həyati əhəmiyyət daşıyır. Həmin genlərdə pozuntu olması mitoxondriləri enerji istehsalında daha az səmərəli edə bilər və bununla dam parkinson xəstəliyinin inkişafına yol açılar.

Professor Şohreh-Navikasın rəhbərlik etdiyi tədqiqat qrupu zədələnmiş mitoxondrilərin beyində daha çox zəhərli zülalların əmələ gəlməsinə səbəb olduğunu müəyyənləşdirib. PIAS2 adlı zülal Parkinson xəstəsi olanlarda daha çox yayılır ki, bu da onun xəstəlik üçün bir marker ola biləcəyini göstərir.

Komanda hesab edir ki, bu tədqiqat Parkinson xəstəliyindən əziyyət çəkənlərə yeni ümidlər gətirir. Mitoxondriyanın tənzimlənməsinin neyronların sağlamlığına necə təsir etdiyini başa düşmək simptomları azalda və hətta xəstəliyi başlamadan dayandıra bilər.

Bu qabaqcıl tədqiqat təkcə parkinson haqqında anlayışımızı təkmilləşdirmir, həm də enerji istehsalından infeksiyalarla mübarizəyə qədər bədən sistemimizi ətraflı tədqiq edir.

Xəbər lenti

Xəbər lenti