...

Azərbaycan millisi Avropa kubokunda iştirak edəcək - HEYƏTLƏR

Maraqlı Materials 12 Aprel 2024 16:43 (UTC +04:00)
Azərbaycan millisi Avropa kubokunda iştirak edəcək - HEYƏTLƏR

Bakı. Trend:

Cüdo üzrə Azərbaycan milli komandası gənclər arasında Avropa Kubokunda iştirak edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız yarışa 9 cüdoçu ilə qatılacaq.

Turnir aprelin 13-də Polşanın Poznan şəhərində baş tutacaq. Millimiz Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışa qadınlardan ibarət komandanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi atında yollanacaq. Poznan tatamisində Fəridə Mirzəyeva, Könül Əliyeva (48 kq), Xədicə Qədəşova, Nuray Quliyeva (52 kq), Gülnarə Bayramova, Fidan Qasımova (57 kq), Leyla Atayeva (63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə 21 ölkədən 420 idmançı iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti