...

Azərbaycanın XİN başçısı Kaliforniyadakı erməni diasporunu qeyri-konstruktivlikdə günahlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2007 16:42 (UTC +04:00)
Azərbaycanın XİN başçısı Kaliforniyadakı erməni diasporunu qeyri-konstruktivlikdə günahlandırıb

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ ABŞ-ın Kaliforniya ştatındakı erməni diasporunun fəaliyyəti destruktiv xarakter daşıyır. Bu barədə çərşənbə axşamı Kaliforniya senatının nümayəndə heyəti ilə görüş zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib..

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Məmmədyarov Dağlıq Qarabağ ermənilərinin Azərbacan vətəndaşları olduğunu və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində onlara yüksək muxtariyyət verilməsinin mümkün olduğunu bildirib.

Amerika nümayəndə heyətinin rəhbəri Şella Kuel münaqişənin danışıqlar yolu ilə nizamlanmasını və Azərbaycanın ərazi bütövlüyünə riayət olunmasının vacibliyini vurğulayıb.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti