...

İtaliyalı turistlərdən Dağlıq Qarabağa dair nəşr olunan kitab müsadirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı-Tbilisi istiqamətində hərəkət edən qatarda italiyalı turistlərdən Ermənistanda Dağlıq Qarabağa dair nəşr olunan kitab müsadirə olunub, cümə günü Gürcüstanla sərhəd olan Böyük Kəsik Gömrük Məntəqəsindən bildirilib.

İngilis dilində çap olunan kitabda Dağlıq Qarabağ ayrıca dövlət kimi qeyd olunub.

Gömrük məntəqəsindən bildiriblər ki, həmin kitab qadağan olunmuş nəşr kimi Dövlət Gömrük Komitəsinə göndəriləcək.

İtaliyalı turistlər Gürcüstan vasitəsilə Dağlıq Qarabağa getməyi planlaşdırıblar.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Azərbaycanda Ermənistanda çap olunan kitabların yayımı qadağan olunub.

Xəbər lenti

Xəbər lenti