...

Azərbaycan və Ermənistanda hərbi büdcənin artırılması Avropa İttifaqında narahatlıq doğurur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2007 16:38 (UTC +04:00)
Azərbaycan və Ermənistanda  hərbi büdcənin artırılması Avropa İttifaqında narahatlıq doğurur

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi "PanARMENIAN.Net"ə müsahibəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında, hələ ki, ilkin razılaşma da yoxdur və hər an müharibə baş verə biləcəyi ehtimalı var.

"Vəziyyət sabit görünə bilər, lakin Ermənistan və Azərbaycanın təmas xəttində, demək olar ki, hər həftə insident baş verir. Bu çox təhlükəlidir, bu kimi insidentlər hərbi əməliyyatların başlanmasına gətirib çıxara bilər. Qeyd edim ki, Aİ-nin baş verənlərti müşahidə etmək mandatı yoxdur və yaxın gələcəkdə də belə bir mandata malik olmayacaq" - deyə Semnebi qeyd edib.

Aİ-nin xüsusi nümayəndəsi onu da qeyd edib ki, Azərbaycanda və Ermənistanda hərbi büdcənin artımı narahatlıq doğurur.

"Azərbaycan sürətlə inkişaf edir və özünü güclü hiss edir, lakin bu o demək deyil ki, Azərbaycan münaqişəni hərb və ya iqtisadi təzyiq yolu ilə həll edə bilər. Ermənistan da inkişaf edir və təbii ki, hərbi xərclərini də artırır. Beynəlxalq aləmdə vəziyyət daim dəyişir və 1-2 il bundan əvvəl mövcud olan sabitlik pozula bilər. Hesab edirəm ki, vəziyyət barədə yenidən düşünməyə dəyər" - deyə Semnebi bildirib.

Xəbər lenti

Xəbər lenti