...

Azərbaycan gəncləri Ermənistan gəncləri ilə dialoqa qoşulmağa hazırdır – nazir (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2007 11:00 (UTC +04:00)
Azərbaycan gəncləri Ermənistan gəncləri ilə dialoqa qoşulmağa hazırdır – nazir (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan gəncləri "xalq diplomatiyası" çərçivəsində Ermənistan gəncləri ilə dialoqa qoşulmağa hazırdır, əgər bu təşəbbüs Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinin sürətlənməsinə xidmət edəcəksə. Bu barədə çərşənbə axşamı Trend ə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, son zamanlar "xalq diplomatiyası" çərçivəsində Azərbaycan və Ermənismtan xalqları arasında inamın yaranması prosesi fəallaşıb. Xüsusilə hər iki ölkənin ziyalı təbəqəsinin təmsilçiləri bu yaxınlarda təmas nöqtələrinin öyrənilməsi mqsədi ilə Azərbaycan və Ermənistanda olublar.

"Düşünürəm ki, bizim gənclər lazımi vaxtda həmçinin bu təşəbbüsü dəstəkləyəcək və bu prosesə qoşulacaqlar" - deyə Rəhimov bildirib.

Onun sözlərinə görə, hər iki ölkə gənclərinin San-Fransisko və Brüsseldə beynəlxalq konfrans çərçivəsində diskussiyaları olub, yaxın zamanlarda isə analoji görüş Parisdə keçiriləcək.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti