...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Fevral 2008 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 28-də saat 14.50-dən 15.00-dək və fevralın 29-da saat 04.10-dan 04.25-dək Füzuli rayonunun Qorqan kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 18.45-dən fevralın 29-u saat 01.30-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Çaylı və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti