...

RF Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədri: Komitə Dağlıq Qarabağ məsələsini baxılan mövzuların gündəliyinə bilərəkdən daxil etməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2008 11:58 (UTC +04:00)
RF Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədri: Komitə Dağlıq Qarabağ məsələsini baxılan mövzuların gündəliyinə bilərəkdən daxil etməyib

Rusiya, Moskva, 14 mart / Trend , müxbir R.Ağayev / MDB ərazilərində münaqişələrin nizamlanma vəziyyəti və Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazilərin müstəqilliynin tanınmasına dair mövzu üzrə parlament dinləmələrini təşkil edən MDB işləri və soydaşlarla əlaqələr üzrə Komitə Dağlıq Qarabağ məsələsini baxılan mövzuların gündəliyinə bilərəkdən daxil etməyib. Dağlıq Qarabağ nümayəndələri Dövlət Dumasındakı dinləmələrə hətta dəvət olunmayıblar. Bu barədə Komitə sədri Aleksey Ostrovski bildirib.

Rusiyalı deputatın sözlərinə görə, Komitənin bu qərarına səbəb, Rusiyanın bugün həm Azərbaycan rəhbərliyi, həm də Ermənistan rəhbərliyi tərəfindən problemin nizamlanmasında kifayət qədər müsbət tendensiya görməsi olub.

Ostrovski əmin edib ki, təəssüf ki, Rusiya Federasiyası hazırkı münaqişənin həll edilməsində yalnız Bakı və Yerevanın danışıqlar masası arxasında oturmaq və hansısa güzəştli həll yolunun tapılmasına dair istəyinə uyğun yardım göstərə bilər.

MDB işləri və soydaşlarla əlaqələr üzrə Komitənin sədri həmçinin bildirib ki, Rusiya bütün dövlətlərin ərazi bütövlüyünə dair birmənalı mövqedən çıxış edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti