...

ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır – səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2008 10:31 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır – səfir

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir K.Ramazanova/ ABŞ Azərbaycanın strateji tərəfdaşıdır. Bu barədə çərşənbə axşamı Trend a ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

"Biz münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəkləyirik və Dağlıq Qarabağ probleminin daha tez bir zamanda həll edilməsi mövqeyindən çıxış edirik" - deyə diplomat bildirib.

Dersi həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın müstəqilliyini tanımır.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti