...

Vyanada Ermənistan-Azərbaycan münaqişəsi haqqında "War Against Azerbaijan. Targeting Cultural Heritage" kitabı təqdim edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2008 19:29 (UTC +04:00)
Vyanada Ermənistan-Azərbaycan münaqişəsi haqqında "War Against Azerbaijan. Targeting Cultural Heritage" kitabı təqdim edilib

Avstriya, Vyana, 29 aprel/Bu gün Vyanada "Radisson Sas" mehmanxanasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında "Azərbaycana qarşı müharibə:hədəf-mədəni irs" (War Against Azerbaijan. Targeting Cultural Heritage) kitabının təqdimatı baş tutub.

Ermənistan təcavüzündən zərər çəkmiş Qarabağ regionunun tarixi və regionda Azərbaycan tarixinin dəyişdirildiyini göstərən bir çox faktlar haqqında məlumatlar toplanmış bu kitab Azərbaycan XİN və Heydər Əliyev Fondu tərəfindən nəşr olunub.

Tədbiri Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov açıb, kitabı isə XİN əməkdaşı Kəmalə İmranlı təqdim edib.

Tədbirdə həmçinin Avstriyanın Cənubi Qafqaz üzrə səfiri Marius Kolliqaris, Avropa Parlamentinin eks-spikeri Piter Şider, Türkiyə və Azərbaycan diasporunun nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirin sonunda Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqqında sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti