...

Azərbaycanda təxribat göstərmək istəyən ermənilər ölkə qanunvericiliyinə uyğun cəzalandırılacaqlar - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2008 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycan ərazisində təxribat göstərmək istəyən ermənilər ölkə qanunvericiliyinə uyğun olaraq cəzalandırılacaqlar. Bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Trend -un arayışı: Ötən ay Ermənistan vətəndaşları Vanik Zmboyan, Artem Zoqrabyan, Karen Torosyan və Aqasi Enokyan sərhədi keçərkən Azərbaycan hərbçiləri tərəfindən Naxçıvanda saxlanılıblar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Sabiroğlunun verdiyi məlumata görə, saxlanılan şəxslər Ermənistan Silahlı Qüavvələrinin xüsusi təyinatlı dəstəsində xidmət ediblər.

Sabiroğlu deyib ki, araşdırmalar və dindirilmələr zamanı onların Azərbaycanda təxribat törətdikləri müəyyən olunub.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti