Rusiya Zaqafqaziyadakı böhranların dinc yolla həlinin lehinə çıxış edir və buna yardım etməyə hazırdır.
"Biz ona əsaslanırıq ki, Zafqaziyadakı böhranlar istisna olaraq dinc vasitələrlə, mövcud formatlarda və beynəlxalq hüquqa ciddi surətdə əməl edilməkləaradan qaldırılmalıdır", - RF prezidenti Dmitri Medvedyev çərşənbə axşamı Ermənistan prezidenti Serj Sərkisyanla danışıqlardan sonra bəyan edib. Bu barədə İTAR-TASS məlumat verib. "Bizim ölkəmiz burada yaşayan bütün millətlərin başlıca maraqlarına cavab verən həllərin axtarışına yardım etməyə hazırdır", - o vurğulayıb. "Bütün bunlar Dağlıq Qarbağ ətrafındakı vəziyyətə də aiddir", - Medvedyev əlavə edib.
"Biz xüsusi olaraq ATƏT-in Minsk Qrupunun danışıqlar prosesində vasitəçilik rolunu vurğulamış, həmçinin, yeni imkanlar haqqında danışımışıq", - RF prezidenti qeyd edib. "Hər iki tərəfin buna marağı var", - o əlavə edib.