...

Ermənistan və Azərbaycanın müdafiə nazirləri Bişkekdə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2008 17:59 (UTC +04:00)
Ermənistan və Azərbaycanın müdafiə nazirləri Bişkekdə görüşüblər

"Mediamaks" Agentliyinin verdiyi xəbərə görə, Ermənistan və Azərbaycanın müdafiə nazirləri Seyran Ohanyan və Səfər Əbiyev çərşənbə günü Bişkekdə, MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində, görüş keçiriblər.

Görüşdə təmas xəttində atəşkəsin pozulma hallarının azaldılması məsələsi, həmçinin, hərbi qulluqçuların və əsirlərin itkin düşməsi problemi müzakirə olunub.

Görüş zamanı bu məsələlərin müzakirəsinə yenidən qayıtmaq baradə razılıq əldə olunub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Eldar Sabiroğlu çərşənbə günü Trend a bildrib ki, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Bişkek görüşü əvvəlcədən planlaşdırılmayıb və bu görüş barədə heç bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti